"Azpetrol" Əsgəran qəsəbəsində modul tipli YDM-ni istifadəyə verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
iy
2024
10:00

"Azpetrol" Əsgəran qəsəbəsində modul tipli YDM-ni istifadəyə verib

30 iy, 2024
10:00
830

"Azpetrol" Əsgəran qəsəbəsində modul tipli YDM-ni istifadəyə verib

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Xocalı rayonun Əsgəran qəsəbəsində modul tipli, sayca 105-ci tipli yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

Yeni məntəqədə Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

“Azpetrol”un ilk YDM-i - “Spartak”, 1997-ci il iyulun 15-də Bakının Nəsimi rayonunun Moskva prospektində, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 100-dən çox YDM-i, 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

"Azpetrol" - Daim inkişafa doğru!

Əlaqə: 957

Bizimlə əlaqə saxlayın