“Şahdəniz-2” layihəsi çərçivəsində bu il aparılan işlərin həcmi açıqlanıb
Bu ilin ilk altı ayı ərzində “Şahdəniz-2” layihəsi çərçivəsində (“Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi) “İstiqlal” qazma qurğusu vasitəsilə şərq-şimal cinahında SDH03 quyusu tamamlanıb, SDH01 quyusu yenidən açılıb və tamamlanıb və SDH02 quyusunun yenidən açılması işləri başlanıb.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, hesabat dövründə “Heydər Əliyev” qazma qurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.
“Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir”, - hesabatda bildirilir.
Hesabata əsasən, 2024-cü ilin birinci yarısında “Şahdəniz-2” layihəsi çərçivəsində iki mühüm nailiyyət əldə olundu - şərq-şimal cinahında iki quyudan müvafiq olaraq 13 fevral və 19 iyun tarixlərində hasilat başlandı.
“Xankəndi” sualtı tikinti gəmisi "Şahdəniz-2" çərçivəsində quraşdırma işlərini və istismar sınaqlarını davam etdirməklə yanaşı yatağın işlənməsi ilə bağlı ümumi işlərə də dəstək verməyə başlayıb. Bura hazırda istismarda olan bütün Şahdəniz 2 sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işləri daxildir.
BP və tərəfdaşlarının xüsusi olaraq vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülmüş istismar və texniki xidmət üzrə yeni müqaviləyə əsasən “Xankəndi” gəmisinin göstərdiyi xidmətlərin həcmi əhəmiyyətli dərəcədə genişləndirilib. Bu o deməkdir ki, bundan sonra Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunacaq və bu da bp və tərəfdaşlarının əməliyyatlarını daha təhlükəsiz və daha səmərəli edəcək.
Oxşar xəbərlər
“Şahdəniz”ə bu il 1,7 mlrd. dollara yaxın vəsait xərclənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il AÇG-ə xərclənən vəsaitin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mərkəzi Azəri” platformasından indiyədək 1 mlrd. bareldən artıq neft hasil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş katib: Orta Dəhlizin rəqəmsallaşdırılması hava kimi zəruri bir şərtdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












