Bakıda metrodan istifadə edənlərin sayı 2%-ə yaxın azalıb
sizinxeber.az xəbər saytı

Bakıda metrodan istifadə edənlərin sayı 2%-ə yaxın azalıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587,1 min. olub, bu da illik müqayisədə 1,9% azalma deməkdir.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103,4 min sərnişin istifadə edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir.

Oxşar xəbərlər

Bakı metrosundan istifadə edənlərin sayı azalıb
Bakı metropolitenindən istifadə edənlərin sayı 5%-dək artıb
Metrodan istifadə edənlərin sayı 7%-dən çox artıb
Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb
Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 7 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər