SOCAR Aralıq dənizində ən böyük qaz yataqlarından olan "Tamar" layihəsində 10% pay alıb - YENİLƏNİB
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir.
Bu barədə "Sizinxeber.az-Economics"ə SOCAR-dan məlumat verilib.
Bu çərçivədə 31 yanvar 2025-ci il tarixində SOCAR “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.
Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.
***
18.13
Bu gün SOCAR Aralıq dənizində ən böyük dəniz qaz ehtiyatlarından birinə malik olan "Tamar" yatağında 10% effektiv səhm payının əldə edilməsi üçün "Union Energy" şirkəti ilə müqavilə imzalayıb.
Sizinxeber.az-nın məlumatına görə, İsrail sahillərində yerləşən "Tamar" regionun əsas təbii qaz yataqlarından olub, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır.
Bu, SOCAR-ın Aralıq dənizindəki layihələrə ilk böyük investisiyasıdır.
SOCAR enerji portfelini genişləndirmək üçün bütün dünyada strateji aktivlər axtarmağa davam edəcəyini də vurğulayır.
Oxşar xəbərlər
SOCAR “Tamar” layihəsində iştirak payı alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR və bp qlobal miqyasda yeni enerji işlənmələri imkanları üzrə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənub Qaz Dəhlizini idarə edən QSC-nin əsas səhmdarı SOCAR olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












