Azərduz markasından ətraf mühitə töhfə: Masazır duz gölləri ətrafı tullantılardan təmizləndi
5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərduz markasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbir həyata keçirildi. Əsas məqsəd ekoloji maarifləndirməni gücləndirmək və təbii sərvətlərimizin qorunmasına real töhfə vermək idi.
Masazır qəsəbəsində yerləşən duz göllərinin ətrafı tullantılardan təmizləmək məqsədilə şirkət əməkdaşlarının iştirakı ilə sosial layihə reallaşdırılıb. Korporativ Sosial Məsuliyyət layihələrinə xüsusi həssaslıqla yanaşan “Azərduz” mütəmadi olaraq bu istiqamətdə addımlar atır. Keçən həftə adıçəkilən marka Masazır və ətraf qəsəbələrdə yaşayan həssas qrupa aid yüzlərlə ailəyə Müqəddəs Qurban bayramı münasibətilə sovqat hədiyyə etmişdi.
Qeyd edək ki, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilmiş Azərbaycan Duz İstehsalat Birliyi Masazır və ətraf qəsəbələrdə yüzlərlə insanın məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müəssisə tərəfindən istehsal olunan duzlar ölkəmizdə yod çatışmazlığının aradan qaldırılması üçün aparılan dövlət siyasətində mühüm yer tutur.
Oxşar xəbərlər
“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə sahilyanı təmizlik aksiyaları keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azercell-in dəstəyi ilə Bakıda “Dayanıqlı İnkişaf” hakatonu keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kubanıçbek Ömuraliyev: 35-ə yaxın əsas istiqamətdə əməkdaşlığı genişləndirmək səylərini davam etdiririk [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












