Tahir Gözelin Kenyada Prezident Ruto ilə işgüzar görüşü olub - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2025
09:50

Tahir Gözelin Kenyada Prezident Ruto ilə işgüzar görüşü olub - FOTO

10 in, 2025
09:50
316

Tahir Gözelin Kenyada Prezident Ruto ilə işgüzar görüşü olub - FOTO

Azərbaycanlı aparıcı iş adamı Tahir Gözel 4 iyun tarixində Kenyanın Nairobi şəhərinə səfər edib. Səfər çərçivəsində o, bir sıra yüksək səviyyəli görüşlərdə, o cümlədən Kenya Prezidenti William Ruto, Afrika Kontinental Azad Ticarət Zonası (AfCFTA) Təşkilatının Baş katibi Wamkele Mene ilə görüşlərdə iştirak edib.

Səfərin əsas məqamı 7 iyun tarixində Prezident William Ruto ilə keçirilən işgüzar görüş olub. Görüş zamanı tərəflər Azərbaycan ilə Kenya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Tahir Gözel iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi perspektivlərini qeyd edərək, Azərbaycanın Kenyaya verə biləcəyi töhfələr barədə danışıb.

“ASAN Xidmət”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin yeni xidmətlərini Kenyaya təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Gözel həmçinin Kenyada fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin məhsullarının ixrac potensialının artırılması üçün investisiya layihələrinə, onlara dəstək göstərməyə maraqlı olduğunu vurğulayıb.

Prezident Ruto, Gözelə təşəkkür edərək Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin bu istiqamətdə yeni əməkdaşlıqlara açıq olduğunu ifadə edib.

Bizimlə əlaqə saxlayın