Azərbaycandan şəkər ixracı 40%-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycandan şəkər ixracı 40%-ə yaxın artıb


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 13 min 667.6 ton şəkər ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39.6% çoxdur.

"Sizinxeber.az-Economics" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin ilk 4 ayında ixrac olunan şəkərin dəyəri 9 milyon 292.6 min ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25.7% çoxdur.

Cari ilin yanvar-aprel aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,11%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.87%-ə bərabər olub.

Qeyd edək ki, ölkədən ixrac edilən şəkərin 1 tonunun orta qiyməti 1115.8 manat təşkil edib.

Oxşar xəbərlər

Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan dörd ayda meyvə-tərəvəz ixracından 200 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan meyvə-tərəvəz ixracından 620 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər