Azərbaycan dörd ayda meyvə-tərəvəz ixracından 200 mln. dollardan çox gəlir əldə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
13:50

Azərbaycan dörd ayda meyvə-tərəvəz ixracından 200 mln. dollardan çox gəlir əldə edib

20 may, 2025
13:50
459

Azərbaycan dörd ayda meyvə-tərəvəz ixracından 200 mln. dollardan çox gəlir əldə edib

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 207.1 milyon ABŞ dolları dəyərində 175.7 min ton meyvə-tərəvəz ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 14.8% və ya 26.8 milyon dollar, həcmi isə 17.5% və ya 26.1 min ton artıb. 2024-cü ilin ilk 4 ayında Azərbaycan 180,3 milyon ABŞ dolları dəyərində 149.5 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 70.7 milyon dollar dəyərində pomidor (60.2 min ton), 53.9 milyon dollar dəyərində meşə fındığı (7.97 min ton), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 26.6 milyon dollar dəyərində alma (38.8 min ton ), 4.3 milyon dollar dəyərində nar (5 min ton), 1.8 milyon dollar dəyərində kartof (5.1 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.36%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.38%-ə bərabər olub.

Bizimlə əlaqə saxlayın