Azərbaycanda insan kapitalının inkişafı üçün iki strateji xətt müəyyən edilib
2022-2026-cı illər üzrə strategiyada Azərbaycanda insan kapitalının inkişafı üçün iki strateji xətt müəyyənləşdirilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda iqtisadiyyat nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.
“Bunlardan biri, təhsilin yeni məzmununun formalaşdırılması ilə bağlıdır. İkinci strateji xətt isə mövcud insan resurslarının yenidən kvalifikasiya olunmasıdır”, - deyə H.Hüseynov əlavə edib.
O qeyd edib ki, bu xətlərin hər ikisinin bərabər şəkildə aparılması vacibdir:
“Çünki hər il orta müddətli dövrdə dövlət sifarişinin proqnozlaşdırılması zamanı İqtisadiyyat Nazirliyi tərəfindən bakalavriat və magistratura səviyyəsində bir çox tələbənin dövlət sifarişi əsasında təhsil alması proqnozları hazırlanır. Bunlar hazırlanarkən əmək bazarının mövcud vəziyyətini nəzərə alırıq. Burada ən vacib məsələlərdən biri, gələcəkdə rəqəmsal ixtisasların artımının nəzərə alınmasıdır. Hər il dövlət sifarişinin çəkisinə baxsaq, rəqəmsallaşma və informasiya texnologiyaları ilə bağlı ixtisasların artım faizinin daha ciddi olduğunu görərik. İkinci xətt olan mövcud bacarıqların inkişafı istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığımız davam edir”.
Oxşar xəbərlər
Nazir müavini: Rəqabətə davamlı insan kapitalının inkişafı üçün islahatlar aparılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda özəl sektorun ÜDM-də çəkisi 88%-ə çatdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məmməd Musayev: Azərbaycanda 9 minə yaxın müəssisədə kollektiv müqavilələr var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb, sənədə doktorantura pilləsi də əlavə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Təhsilin İnkişafı Forumu keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












