Nazir müavini: Rəqabətə davamlı insan kapitalının inkişafı üçün islahatlar aparılmalıdır
sizinxeber.az xəbər saytı

Nazir müavini: Rəqabətə davamlı insan kapitalının inkişafı üçün islahatlar aparılmalıdır


“Qlobal çağırışlar fonunda əmək bazarı sürətlə dəyişdiyinə görə, insanların bacarıqları da dəyişilməlidir”.

Sizinxeber.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə yeni qərarlarını şərh edərkən deyib.

Nazir müavini qeyd edib ki, yeni tədris proqramları tədris olunmalı, rəqabətə davamlı insan kapitalının inkişafı üçün islahatlar aparılmalıdır: “Bu gün Nazirlər Kabineti tərəfindən ali təhsilin müxtəlif səviyyələri üzrə müxtəlif dəyişikliklər edilib. Bu qərar təhsil sistemimiz üçün əhəmiyyətlidir. Əvvəllər təsnifatların dəyişikliyi müxtəlif illərdə ayrı-ayrı sənədlərdə öz əksini tapırdı. Bu da öz növbəsində müəyyən çətinliklər yaradırdı. Bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunmuş və təsnifatların cədvəlləri təsdiq edilib”.

İ.İsayev bildirib ki, təhsilin bir səviyyəsindən digərinə keçid üçün müxtəlif uyğunluq olmalıdır: “İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb”.

Oxşar xəbərlər

Təhsilalanlara düşən illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Təhsilin İnkişafı Forumu keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini Firudin Qurbanov Yevlaxda olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər