sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
DGK: Süni intellekt və yeni texnologiyalardan geniş istifadə edəcəyik
Ötən il Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 33 milyondan çox xidmət göstərilib.
"APA-Economics" xəbər verir ki, bunu DGK sədrinin müavini Güloğlan Muradlı "Rəqəmsal gömrük və media" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, göstərilən xidmətlərin 99%-i elektron qaydada həyata keçirilib.
'Rəqəmsal həllərdən düzgün istifadə edilməsə, bu qədər xidmətlərin göstərilməsi mümkün deyil. 2025-2030-cu illər üçün Gömrük İnkişaf Strategiyası qəbul edilib. Bu strategiya ilə gələcəyə baxışımızı, ambisiyalı hədəflərimizi ortaya qoymuşuq. Həmçinin, bu strategiya ilə süni intellektin və yeni texnologiyaların geniş tətbiqini nəzərdə tutmuşuq" - deyə Güloğlan Muradlı qeyd edib.
Oxşar xəbərlər
İlin sonunadək ölkədə fiziki xidmətlərin 15%-i "myGov" üzərindən olacaq
Bernardo Mariano: BMT süni intellektin tətbiqini sürətləndirmək üçün imkanlarından istifadə etməlidir
Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul ediləcək
BMT Baş katibinin köməkçisi: Süni zəka daha böyük problemləri həll edə bilər
Gömrük Komitəsi ötən il büdcə proqnozunu 3 faizdən çox yerinə yetirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













