“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək olub
- 9-04-2025, 10:50
- İqtisadiyyat / Sahibkarlıq
- 0
- 1 003
“Azərsun Holdinq” yarandığı gündən ölkənin qida sənayesinin və kənd təsərrüfatının inkişafı üçün saysız işlər görür, müxtəlif layihələr həyata keçirir. Aqrar sahənin təkmilləşməsinə və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə davamlı olaraq dəstək verən şirkətlər qrupu bu dəfə Ege Universitetində təhsil alan 20 azərbaycanlı magistrin 1 illik yataqxana xərcini ödəyib. Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Ege Universiteti və Azərsun Holdinq arasında memorandum imzalanıb.
ADAU ilə Ege Universiteti arasında həyata keçirilən Beynəlxalq ikili diplom proqramı çərçivəsində ilk məzunlardan 20 nəfər hal-hazırda magistratura səviyyəsində təhsillərini davam etdirirlər. Bu gənc tədqiqatçılar, gələcəkdə Azərbaycanın kənd təsərrüfatının inkişafına böyük töhfələr verəcək və ölkəmizin bu sahədəki inkişafına önəmli təsir göstərəcək.
Qeyd edəki, bu təşəbbüs “Azərsun Holdinq”in mərhum qurucusu Abdolbari Gozal tərəfindən irəli sürülüb. Onun rəhbərliyi altında “Azərsun Holdinq” 33 il ərzində yüzlərlə sosial layihə həyata keçirərək ölkə həyatının müxtəlif sahələrində mühim işlər görüb. Yerli kadrların hazırlanmasını fəaliyyət prioritetlərindən hesab edən Abdolbari Gozal kənd təsərrüfatının inkişafını və mütəxəssislərin yetişdirilməsini həmişə ön planda tutub. Bu gün də icrası davam etdirilən bu təşəbbüslər, Azərbaycanın iqtisadi inkişafını təmin edərək, ölkəmizin gələcəkdə daha güclü və inkişaf etmiş kənd təsərrüfatı sektoruna sahib olmasına zəmin yaradır.


width="220" alt="“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat çatdırıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />