Bakıda altı ayda 15.9 mlrd. manatlıq məhsul satılıb
2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,5% artaraq 15 milyard 892,1 milyon manat olub.
Bu barədə “Sizinxeber.az-Economics”ə Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5% artaraq 6775,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,9%-i hüquqi şəxs statuslu müəssisələrdə 48,7%i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq məhsul satılıb. Beləliklə I yarımildə ümumi ticarət dövriyyəsinin 58.3%-i paytaxtın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4%-ə qədər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın ABŞ-yə qeyri-neft məhsulları ixracı 31 dəfədən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
I yarımildə əcnəbilər Azərbaycanda bank kartları ilə 1.2 mlrd. manatlıq əməliyyat aparıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mehmanxanaların gəlirləri 27% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












