Bakının pərakəndə ticarətdə ən çox gəlir əldə edən rayonları - SİYAHI
2023-cü ildə Bakı şəhərində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 572,9 milyon manatlıq məhsul satılıb.
“APA-Economics” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 7,6% artıb.
Ötən il paytaxt sakinləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20 milyard 695 milyon manat (illik müqayisədə 2.3% çox), qeyri-ərzaq məhsullarına isə 14 milyard 877,9 milyon manat (illik müqayisədə 16% çox) vəsait xərcləyib.
Ötən il Bakı şəhərində ən yüksək pərakəndə ticarət dövriyyəsi dekabr ayında ( 5 milyard 832 milyon manat), ən aşağı dövriyyə isə aprel ayında (2 milyard 75 milyon manat) qeydə alınıb.
Məlumata görə, paytaxda satılmış məhsulların 99.8%-i (35 504,7 milyon manatı) özəl sektorunun təsərrüfat subyektləri tərəfindən satılıb.
Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkələrində ən çox məhsul Nəsimi, Sabunçu və Nizami, ən az məhsul isə Pirallahı, Xəzər və Suraxanı rayonlarında satılıb.
| Rayonlar | 2022-ci il min. manat | 2023-cü il min. manat |
| Nəsimi | 3 929 906 | 4 695 085 |
| Sabunçu | 3 908 068 | 4 419 865 |
| Nizami | 3 390 404 | 4 061 523 |
| Xətai | 3 524 587 | 4 048 014 |
| Nərimanov | 3 119 095 | 3 493 255 |
| Qaradağ | 2 825 671 | 3 225 367 |
| Yasamal | 2 764 505 | 3 150 508 |
| Səbail | 2 395 376 | 2 937 102 |
| Binəqədi | 2 480 824 | 2 769 583 |
| Suraxanı | 1 568 154 | 1 652 734 |
| Xəzər | 900 649 | 1 105 191 |
| Pirallahı | 11 847 | 14 701 |
Oxşar xəbərlər
Bu il Azərbaycana xaricdən pul köçürmələri 3 mlrd. manatdan çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İZİA sədri: Sənaye zonalarına 864 mln. manat investisiya planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Azərbaycanda dövlət satınalmalarında büdcə vəsaitlərinə 742 mln. manat qənaət edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Unibank"ın kapitallaşma proqramı başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin ixracı ilin sonunadək 255 mlrd. dolları ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












