Bu il Azərbaycana 63 mindən çox avtomobil idxal edilib
2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 170 milyon 990 min ABŞ dolları dəyərində 63 401 ədəd avtomobil idxal olunub.
Bu barədə “Sizinxeber.az-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 23.9% və ya 12 222 ədəd, dəyəri isə 24.1% və ya 227.1 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 943 milyon 791 min ABŞ dolları dəyərində 51 179 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 1180 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% azdır.
Oxşar xəbərlər
Azərbaycana yeddi ayda 51 mindən çox avtomobil idxal edilib
Azərbaycana səkkiz ayda 1.1 mlrd. dollarıq avtomobil idxal edilib
Azərbaycana 9 ayda 1.2 mlrd. dollarlıq avtomobil idxal edilib
Azərbaycana elektromobil idxalı azalıb
Azərbaycana 4 ayda 33 mindən çox avtomobil idxal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
