Rusiya Kənd Təsərrüfatı Nəzarəti: Azərbaycanın iki şirkəti Rusiyaya süd məhsulları tədarükündə maraqlı deyil
Azərbaycan şirkətləri "ALLBUY" MMC və "MILK PRODUCTS" MMC Rusiyaya süd məhsulları tədarükündə maraqlı olmadıqlarını bəyan ediblər.
Bu barədə “Sizinxeber.az” "Rosselxoznadzor"un məlumatına istinadən xəbər verir.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib ki, süd məhsulları (kərə yağı və pendirlər) istehsal edən "ALLBUY" MMC və süd məhsullarının (kərə yağı) istehsalı və emalı ilə məşğul olan "MILK PRODUCTS" MMC öz məhsullarını gələcəkdə Rusiyaya tədarük etməkdə maraqlı deyillər", - məlumatda qeyd edilib.
Qurumun məlumatına görə, bu bəyanat "Rosselxoznadzor" tərəfindən Azərbaycanın səlahiyyətli qurumuna yaxın zamanda məhsullarını Rusiya alıcılarına göndərən 5 süd məhsulları istehsalı müəssisəsində yoxlama keçirmək niyyəti barədə məlumat göndərildikdən sonra verilib.
Azərbaycan müəssisələrinin yoxlamaları qəbul etməkdən imtina etməsi ilə əlaqədar olaraq, "Rosselxoznadzor" 11 iyul tarixindən bu iki Azərbaycan istehsalçısının bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edib.
Oxşar xəbərlər
Ölkəmizdə kərə yağı yenə bahalaşdı
Azərbaycanda kərə yağı istehsalının həcmləri açıqlanıb
"Rosselxoznadzor": Azərbaycandan Rusiyaya 29,3 milyon yumurta tədarük edilib
Azərbaycandan Rusiyaya 18 ton yumurta göndərilib
Azərbaycan 2024-cü ildə Rusiyaya pomidor tədarükünü 6,7 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













