“Azərsun Holdinq” ötən il 20%-dən çox böyüyüb - Hesabat
“Azərsun Holdinq” MMC və onun törəmə müəssisələri ötən ili 43,97 milyon manat xalis mənfəətlə bitirib.
“APA-Economics” bu barədə holdinqin maliyyə hesabatına istinadən xəbər verir. Məlumata görə, “Azərsun”un mənfəəti ötən il 24,6% və ya 14,3 mln. manat azalıb. 2023-cü ildə holdinq 58,31 mln. manat xalis mənfəət açıqlamışdı.
Bununla belə, ümumilikdə holdinqin bölüşdürülməmiş mənfəəti 10% artaraq 517,9 mln. manatdan 569,3 mln. manata yüksəlib.
Holdinqin mənfəətinin azalması əsasən ümumi gəlirlərinin azalması ilə bağlı olub. Belə ki, ümumi gəlirlər 2024-cü ildə 8,3% və ya 149,5 milyon manat azalaraq 1 milyard 661 milyon manata enib. Satışların maya dəyəri isə 2023-cü ildəki 1 milyard 347.7 milyon manatdan ötən il 1 milyard 213.9 milyon manata enib. Başqa sözlə, maya dəyərində 133.8 milyon manat və ya 9.93% azalma müşahidə edilib. Bununla da, mənfəət 447.4 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 3.4% azdır.
Əməliyyat və digər xərclər nəzərə alınmaqla holdinqin vergidən əvvəlki mənfəət 15,5% azalaraq 73.4 milyon manata enib. 2023-cü ildə bu rəqəm 86.9 milyon manat təşkil edib.
Holdinq ümumilikdə ötən il 20%-dən çox böyüyüb. Belə ki, qrupun ümumi aktivləri 2024-cü ildə 20,5% və ya 219,5 mln. manat artaraq 1 milyard 291.1 milyon manata yüksəlib.
Bundan əlavə, ötən il holdinqin cəmi kapitalı 7,4% və ya 47 mln. manat artaraq 684,8 milyon manata, cəmi öhdəlikləri isə 39,7% və ya 172,4 mln. manat artaraq 606,3 milyon manata çatıb.
Oxşar xəbərlər
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
“A-Qroup Sığorta”nın mənfəəti kəskin azalıb - HESABAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
ASCO 6 ayda 17 mln. manat zərər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İpək Yolu Sığorta”nın xalis mənfəəti 27% azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












