Azərbaycan beş ayda meyvə-tərəvəz ixracından 300 mln. dollara yaxın gəlir əldə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan beş ayda meyvə-tərəvəz ixracından 300 mln. dollara yaxın gəlir əldə edib


2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan 299 milyon 282 min ABŞ dolları dəyərində 291,4 min ton meyvə-tərəvəz ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 19.1% və ya 48 milyon ABŞ dolları, həcmi isə 26.2% və ya 60.5 min ton artıb. 2024-cü ilin ilk 5 ayında Azərbaycandan 251 milyon 280 min ABŞ dolları dəyərində 230.9 min ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 113.8 milyon dollar dəyərində pomidor (98.7 min ton), 65.2 milyon dollar dəyərində meşə fındığı (9.4 min ton), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 32.3 milyon dollar dəyərində alma (46.6 min ton ), 22.5 milyon dollar dəyərində kartof (56.8 min ton), 4.3 milyon dollar dəyərində nar (5 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.72%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.26%-ə bərabər olub.

Oxşar xəbərlər

Azərbaycan dörd ayda meyvə-tərəvəz ixracından 200 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan meyvə-tərəvəz ixracından 620 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay Azərbaycan meyvə-tərəvəz ixracından 60 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan meyvə-tərəvəz ixracından 535 mln. dollardan çox gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər