Şəhid və müharibədə yaralananların ailə üzvləri üçün peşə təlimləri davam etdirilir - FOTO
“AzerGold” QSC tərəfindən “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində qənnadçı-şirniyyatçı peşəsi üzrə intensiv təlimlər davam etdirilir.
Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan, sözügedən həssas əhali qrupuna aid 15 nəfər qadının iştirak etdiyi peşə təlimi proqramı şəhid və müharibədə yaralananların ailə üzvlərinin qayğı ilə əhatə olunması, onların sosial fəallığını artırmaqla iqtisadi müstəqilliyinin dəstəkləməsi məqsədi daşıyır.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara beynəlxalq dərəcəli qənnadçı ekspertlər tərəfindən nəzəri və praktiki təlimlər keçirilir. İki ay davam edəcək intensiv təlimlərdə bütün növ zəruri mal-material və avadanlıqlarla təmin edilən müdavimlərə müvafiq peşə sahəsi üzrə bilik və bacarıqlar aşılanır.
Təlim proqramları yekunlaşdıqdan sonra iştirakçılar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Qeyri-formal və informal təhsilin tanınması” imtahanında iştirak edərək, müvafiq peşə sertifikatı əldə edəcəklər.
Həmçinin layihənin yekunu olaraq təlim proqramlarına cəlb edilmiş tərəfdaş şirkətlər vasitəsilə müdavimlərin müvafiq sahədə işlə təminatına və ya fərdi sahibkarlıq fəaliyyətlərinin təşkilinə dəstək göstəriləcək.
Xatırladaq ki, həssas əhali qrupları “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət fəaliyyətində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib. Səhmdar Cəmiyyəti tərəfindən ardıcıl və sistemli şəkildə icra edilən sosialyönümlü layihələr həssas əhali qrupları da daxil olmaqla, yerli icmaların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə vermək məqsədi daşıyır.
Oxşar xəbərlər
“AzerGold” şəhid və müharibədə yaralananların ailələri ilə bağlı növbəti sosial layihəyə start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” QSC Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha bir qrup şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarına göstərilən xidmətin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












