Azərbaycan I rübdə Gürcüstana birbaşa investisiyaları iki dəfəyədək artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan I rübdə Gürcüstana birbaşa investisiyaları iki dəfəyədək artırıb


Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “Report” Gürcüstan Milli Statistika Xidmətinin materiallarına istinadən məlumat verir.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana investisiya qoyuluşu 12,7 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına investisiyaları 96,8 % artırıb.

Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 13,9 % payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran beşinci investor olub.

Ümumilikdə, I rübdə Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiyalar 179 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.

2024-cü ildə Azərbaycandan Gürcüstana birbaşa investisiyalar 70,7 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Türkiyə Azərbaycana investisiya qoyuluşunu 4 %-dən çox artırıb
Azərbaycan Rusiyaya investisiya qoyuluşunu 18 % azaldıb
Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu 5 dəfədən çox artırıb
Azərbaycanlı turistlər I rübdə Gürcüstanda təxminən 50 milyon dollar xərcləyiblər
Böyük Britaniya Azərbaycana investisiya qoyuluşunu 5 %-ə yaxın azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər