

Qeyri-neft sektoru üzrə mənfəət vergisinin proqnozdan az icra edilməsinin səbəbi açıqlanıb
Ötən il qeyri-neft sektorundan mənfəət vergisi üzrə daxilolma 3 milyard 463,8 milyon manat təşkil edib ki, bu da 3 milyard 715 milyon manat proqnoza nisbətən 251,2 milyon manat və ya 6,8 faiz az, 2023-cü illə müqayisədə isə 390,5 milyon manat və ya 12,7 faiz çoxdur.
Bu barədə “Sizinxeber.az-Economics” Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabata istinadən xəbər verir.
Qeyd edilib ki, qeyri-neft sektoru üzrə kəsirlə icra vergi ödəyicilərinin artıq ödəmələrinin mövcud olması səbəbindən mənfəət vergisi üzrə hesablanmış məbləğin digər vergilərlə əvəzləşdirilməsi nəticəsində olub. Belə ki, 2024-cü il ərzində qeyri-neft sektorundan mənfəət vergisi üzrə hesablanmış məbləğ 3 milyard 983,4 milyon manat təşkil edib ki, bu da faktiki daxilolmadan 519,6 milyon manat və ya 13 faiz çoxdur.
Hesabatda bildirilib ki, 2023-cü illə müqayisədə daxilolmaların artması qeyri-neft ÜDM-nin real artım tempinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artması, həmçinin iqtisadiyyatın sektorları üzrə dövriyyələrin artımı ilə bağlıdır. Belə ki, mənfəət vergisi üzrə daxilolmalar 2023-cü illə müqayisədə 2024-cü ildə tikinti sektoru üzrə 187,8 milyon manat və ya 1,8 dəfə, pərakəndə ticarət üzrə 27,6 milyon manat və ya 1,5 dəfə, informasiya və rabitə sektoru üzrə 14 milyon manat və ya 16,3 faiz, sənaye sektoru üzrə 11,1 milyon manat və ya 7,5 faiz, dövlət mülkiyyəti üzrə isə 60,1 milyon manat və ya 16,8 faiz artıb.
Oxşar xəbərlər
Azərbaycanda aksiz vergisi üzrə daxilolmalar 7 % artıb
Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 15 %-dən çox azalıb
Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 5 %-yə yaxın artıb
Azərbaycanda yol vergisi üzrə daxilolmalar proqnozdan 7 %-ə yaxın çox olub
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
