

Vüqar Bayramov: “Dövlət büdcəsinin qeyri-resurs gəlirləri xərclərin ödənilməsi üçün kifayət etmir”
Azərbaycan dövlət büdcəsinin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir.
“Report” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29,4 %, xərclərinin çəkisi isə 29,9 % olub: “Fiskal xərclərin ÜDM-dəki xüsusi çəkisində artım dinamikası müşahidə edilsə də, hələ də bu göstəricimiz əksər inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan dövlətlər ilə müqayisədə aşağıdır. Belə ki, bu göstərici İtaliyada 53,8 %, Macarıstanda 49,2 %, Almaniyada 48,4 %, Braziliyada 45,4 %, İspaniyada 45,3 %, Böyük Britaniyada 44,2 %, Rusiyada 36,5 %, Qırğızıstanda 35,7 %, Türkiyədə 33,2 %-dir.”
V.Bayramovun fikrincə, 2024-cü ilin fiskal nəticələri göstərir ki, qeyri-neft sektoru üzrə daxilolmalar hələ də büdcənin cari xərclərini ödəmir: “Belə ki, qeyri-neft sektoru üzrə daxilolmalar 19 milyard 192 milyon manat olsa da cari xərclər 21 milyard 343 milyon manat olub. Bu o deməkdir ki, büdcənin qeyri-resurs gəlirləri cari xərclərin ödənilməsi üçün kifayət etmir və bu da qeyri-neft və qaz sektorunun fiskal gəlirlərdə payının daha da artırılmasını aktuallaşdırır”.
O qeyd edib ki, 2024-cü ildə baş tutmuş 9 milyard 845 milyon manatlıq dövlət satınalmasının 5 milyard 355 milyon manatı, yəni 54,4 %-i bir mənbədən satın alma olub: “Digər tərəfdən, dövlət satınalmaların cəmi 43,4 %-i açıq tender yolu ilə həyata keçirilib. Yəni, ötən il dövlət satınalmalarına çıxarılan hər 100 manatdan sadəcə 43 manatı açıq tender yolu ilə təqdim olunub”.
Deputat vurğulayıb ki, Azərbaycanda insan kapitalının inkişafının prioritet elan olunmasına rəğmən 2024-cü ildə elm xərclərinə proqnozlaşdırılandan 38,9 milyon manat az vəsait ayrılıb: “Bu proqnoza nisbətən 16,5 % az xərcləmə deməkdir. Bu eyni zamanda o deməkdir ki, Azərbaycanda elm xərclərinin ÜDM-də payı cəmi 0,2 %-dir. Elm xərclərinin ÜDM-də payı Rusiyada 1 %, Türkiyədə 1,1 %-dir, dünya üzrə ortalama isə 2,2 %-dir. Demək, bir sıra qonşu və eləcə də qlobal ortlama ilə müqayisədə ÜDM nisbətində elmə daha az vəsait ayrılır”.
Oxşar xəbərlər
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir
Vüqar Bayramov: "Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"
Bakıya və Laçına ayrılan vəsait artırılır
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
Vüqar Gülməmmədov: "Büdcə gəlirləri və xərcləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
