

Azərbaycan IsDB ilə dayanıqlı infrastrukturla bağlı layihələrin icrasını müzakirə edib
Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) Qrupu arasında işbirliyinin şaxələndirilməsi, dayanıqlı infrastrukturla bağlı layihələrin icrası və regionun inkişafına yönəlmiş təşəbbüsləri müzakirə edilib.
“Report” xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun IsDB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirlə Əlcəzairdə Bankın İllik Toplantısı çərçivəsində keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycanın IsDB Qrupuna daxil olan institutlarla əməkdaşlığa önəm verdiyi vurğulanıb. Azərbaycanda həyata keçirilən islahatlar, özəl sektorun inkişafı, Bankla reallaşdırılan birgə fəaliyyətin uğurlu nəticələri qeyd olunub.
İllik Toplantı çərçivəsində IsDB Qrupunun Müdirlər Şurasının Dəyirmi Masada çıxış edən M.Cabbarov Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə tədbirləri, ölkənin tranzit qovşağı kimi strateji mövqeyini vurğulayıb. Dəyirmi Masada üzv ölkələrin biznes mühitində proaktiv tənzimləmələr, regional ticarətin dayanıqlı inkişafı barədə fikir mübadiləsi aparılıb, birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
M.Cabbarovun iştirak etdiyi IsDB-nin Müdirlər Şurasının Plenar Sessiyasında Qrupa daxil olan qurumların illik toplantıları təşkil olunub, üzv ölkələr üçün 2026-2035-ci illəri əhatə edən dayanıqlı inkişaf planı barədə məlumat verilib. Plan səmərəli infrastruktur, insan kapitalının və özəl sektorun inkişafı, ərzaq və su təhlükəsizliyi, ticarət üzrə inteqrasiya kimi sahələri əhatə edir.
Nazir İllik Toplantı çərçivəsində Qvineya Respublikasının planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri İsmael Nabe ilə görüşdə Azərbaycanda əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Vurğulanıb ki, makroiqtiadi sabitlik, həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində ölkəmizin qeyri-neft iqtisadiyyatı və ixracı artır. Tərəflər ölkələrin ticarət, investisiya, infrastruktur, enerji, təbii resurslardan səmərəli istifadə, bilik və təcrübə mübadiləsi sahələrində işbirliyi perspektivlərini dəyərləndiriblər.
Oxşar xəbərlər
IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
AMB IsDB ilə islam maliyyəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
IsDB, ICD və IsDBI Azərbaycanın İslam maliyyə infrastrukturunun gücləndirilməsinə kömək etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
