İnvestisiya imkanı artıq "Yelo App"də!
sizinxeber.az xəbər saytı

İnvestisiya imkanı artıq "Yelo App"də!


ABŞ birjalarında səhm ticarəti ilə maraqlananlar üçün Yelo Bank-dan gözlənilən yenilik! Bank müştərilərinə əlavə qazanc fürsəti yaradır.

Belə ki, "Yelo App"də artıq Yelo Invest xidməti aktivdir.

İnvestisiyaya başlamaq üçün müştəri filiala getmədən, lazımi sənədləşmələri sadəcə "Yelo App"də SİMA rəqəmsal imza ilə tam onlayn həyata keçirə bilər. Bundan sonra isə qeydiyyatdan keçmiş müştərilər Nvidia, Apple, Google, Tesla, Coca Cola və s. bir çox tanınmış şirkətlərin səhmlərini həm tam, həm də hissəvi şəkildə almaq mümkündür. Alınan səhmlərin sayında heç bir məhdudiyyət yoxdur. Müştərilər "Yelo App"də səhm alqı-satqısını həyata keçirə bilərlər, prosedur Amerika fond bazarının iş saatlarında (17:30-00:00) tamamlanacaq. Həmçinin “premarket” və “aftermarket” saatları çərçivəsində ABŞ birjalarında sifariş yerləşdirmək mümkündür. Alış AZN və USD valyutalı "Yelo kart" və yaxud "Yelo Bank"da olan aktiv hesab vasitəsilə həyata keçirilir. Alınmış səhmlər realdır, müştərilər həmin şirkətlərin payçısı olurlar. Sadə və aydın interfeysi sayəsində "Yelo App"də portfeli idarə etmək, dividendləri nəzarətdə saxlamaq çox rahatdır.

"Yelo Invest" xidməti “Unicapital İnvestisiya Şirkəti” ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir. "Unicapital" 2007-ci ildən etibarən kapital bazarlarının fəal iştirakçısı, "Bakı Fond Birjası" QSC-nin ilk və ən uzun müddətli üzvüdür. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət və digər xidmətlər göstərir.

Yaxın zamanlarda "Yelo Bank" investisiya xidmətinin imkanlarını genişləndirəcək. "Yelo App" ilə səhm almaq sadə, rahat və təhlükəsizdir! Siz də "Yelo Invest" xidmətindən faydalanıb, əlavə gəlir qazanmaq üçün "Yelo App" tətbiqini yükləyin: http://bit.ly/ylnvst.

İnvestisiya nədir, necə əldə etmək olar və bu kimi başqa suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!

Oxşar xəbərlər

İnvestisiya imkanı artıq Yelo App-də!
Banka getmədən “SİMA İmza” ilə onlayn əmanət hesabı açın!
“SİMA İmza” və “Yelo Bank”dan yenilik: sahibkar banka getmədən kredit alacaq
Yelo Bank Alış-Veriş Festivalı başlayır!


"Yelo Bank"dan gözlənilən yenilik: onlayn əmanət!



Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər