EBRD: Azərbaycanın yeni AZIR dərəcəsi modelinə keçidi ondan baza dərəcəsi kimi istifadə etməyə imkan verəcək
Azərbaycan Banklararası Faiz Dərəcəsinin (AZIR) hesablanması və açıqlanması üçün yeni metodologiyanın tətbiqi Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektorunu modernləşdirmək və bazarı inkişaf etdirmək əzmini əks etdirir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze bugünkü yeniliyi şərh edərkən bildirib.
Onun sözlərinə görə, EBRD Xəzinədarlığının texniki dəstəyi ilə AMB-nin hazırladığı yeni metodologiya AZIR dərəcəsinin gündəlik və fasiləsiz açıqlanmasını təmin edir, onun etibarlılığını və baza dərəcəsi kimi tətbiqi imkanlarını artırır.
Bank vurğulayır ki, bu təşəbbüs Azərbaycanın manat bazarını gücləndirir, banklararası sektorun inkişafına töhfə verir və ölkənin makroiqtisadi sabitliyini artırır. Bu, həmçinin AMB-nin həyata keçirdiyi islahatlar kursunun davamı olmaqla banklararası bazarda ticarətin aktivləşdirilməsi üzrə son tədbirləri də əhatə edir.
"Əsas yeniliklər arasında əlavə indikatorların: 30, 90 və 180 günlük mürəkkəb AZIR dərəcələrinin, eləcə də "AZIR Compounded Index" inteqral indeksinin tətbiqi yer alır. Bu, pul vəsaitləri və törəmə maliyyə alətləri ilə əməliyyatlarda AZIR-in istifadəsini genişləndirəcək", - bank hesab edir.
Oxşar xəbərlər
Natali Muravidze: AZIR-lə bağlı yenilik Azərbaycanın maliyyə bazarlarının modernləşdirilməsində mühüm mərhələdir
AMB 1D AZİR indeksindəki dəyişikliyin depozit faizlərinə təsirini açıqlayıb
Sahil Babayev: "EBRD-nin maliyyə dəstəyi ilə "yaşıl enerji" layihələrinin tətbiqi genişlənib"
Mərkəzi Bank AZİR indeksinin depozit faizlərinə təsirini açıqlayıb
EBRD: Azərbaycan iqtisadiyyatında mikro, kiçik və orta biznesin payı əlavə dəyərin 15 %-nə bərabərdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












