PAŞA Sığorta leysan nəticəsində evinə zərər dəymiş müştərisinə 11 488 manat ödəniş edib
sizinxeber.az xəbər saytı

PAŞA Sığorta leysan nəticəsində evinə zərər dəymiş müştərisinə 11 488 manat ödəniş edib


PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 11 488 AZN sığorta ödənişi həyata keçirib.

PAŞA Sığorta-dan "APA-Economics"ə verilən məlumata görə, sığortalı şəxsin mənzili leysan nəticəsində ciddi ziyana məruz qalıb. Sığortalının, yəni ev sahibinin maksimum sığorta təminatı isə 15 000 AZN olub.

Qeyd edək ki, icbari əmlak sığortası ölkə ərazisində yerləşən mənzillərə yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi risklərə qarşı sığorta təminatı verir. İllik sığorta haqqı Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40 AZN, qalan regionlar üçün isə 30 AZN təşkil edir. Sığorta təminatı isə sığorta haqlarına müvafiq olaraq 25 000 AZN, 20 000 AZN və 15 000 AZN olaraq müəyyən olunur.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Oxşar xəbərlər

PAŞA Sığorta icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib
PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 16 572 AZN ödəniş edib
PAŞA Sığorta tərəfindən Tərtərdəki sığortalı yaşayış evlərinə dəymiş zərər ödənilib
PAŞA Sığorta 128 uşağın arzularını gerçəkləşdirib
"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər