IMF: Bu il Azərbaycanın cari əməliyyatlar balansının profisiti 8%-ə yaxın olacaq
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ÜDM-in 7,8%-i həcmində profisitli olacağını proqnozlaşdırıb.
"Sizinxeber.az-Economics" bu barədə Fonda istinadən xəbər verir. Başqa sözlə, digər proqnozlar nəzərə alınmaqla IMF 2025-ci il üzrə ölkədə CƏB-in profisiti ilə bağlı gözləntilərini 6,1 mlrd. dollar həcmində müəyyən edib.
Bununla belə, IMF növbəti illərdə CƏB-in profisitinin azalacağını, 2028-2029-cu illərdə isə cari əməliyyatlar balansında kəsir yaranacağını proqnozlaşdırıb.
Fond hesab edir ki, 2026-cı ildə Azərbaycanda CƏB-in profisiti 4,9%-ə, 2027-ci ildə isə 1,3%-ə enəcək. IMF 2028-ci ildə CƏB-in kəsirinin 1,7%, 2029-cu ildə isə 2,5%-ə kimi artacağını proqnozlaşdırıb.
Qeyd edək ki, 2024-cü il üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 4,7 mlrd. dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə isə CƏB-in profisitini 5,5 mlrd. dollar həcmində proqnozlaşdırıb.
Oxşar xəbərlər
Dünya Bankı: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 12%-ə yaxın olacaq
The Economist: Bu il Azərbaycanda cari əməliyyatlar balansının profisiti 10 mlrd. dolları ötəcək
AMB: Bu il cari əməliyyatlar balansının profisiti 5,3 milyard dollar olacaq
Cari əməliyyatlar balansının neft-qaz üzrə profisiti açıqlanıb
IMF 2030-cu ilə qədər Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozlara yenidən baxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












