Cari əməliyyatlar balansının neft-qaz üzrə profisiti açıqlanıb
2024-cü ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 4,7 milyard dollar təşkil edib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 6,3%-ni təşkil edib.
Neft-qaz sektoru üzrə CƏH-in profisiti 15 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 10,38 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatları 2024-cü ilin yekunu üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırmışdı.
Sonuncu dəfə bu il dekabrın 6-da "S&P Global Ratings" Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 faizi həcmində proqnozlaşdırıb.
Oxşar xəbərlər
AMB: Bu ilin III rübündə cari əməliyyatlar hesabının profisiti 5 mlrd. dolları ötüb
AMB: Bu il cari əməliyyatlar balansının profisiti 5,3 milyard dollar olacaq
Azərbaycanın 9 ayda cari əməliyyatlar balansının profisiti 4 milyard dollar olub
IMF 2030-cu ilə qədər Azərbaycanda cari əməliyyatlar hesabının profisiti ilə bağlı proqnozlara yenidən baxıb
The Economist: Bu il Azərbaycanda cari əməliyyatlar balansının profisiti 10 mlrd. dolları ötəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












