QHT-lərə Dövlət Dəstəyi Agentliyi xərclərini 13 %-ə yaxın azaldıb
Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2023-cü ili 6,136 milyon manat xərclə başa vurub.
“Sizinxeber.az” agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,6 % azdır.
2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə ayrılmış qrantlar üzrə xərcləri 4,349 milyon manat (2022-ci ilə nisbətən 16,6 % az), qurumun işçi heyəti ilə bağlı xərcləri 799 min manat (7,3 % az), ümumi və inzibati xərcləri 753 min manat (9,3 % az), köhnəlmə və amortizasiya xərcləri 189 min manat (2,2 dəfə az), maliyyə xərcləri isə 46 min manat (53,3 % çox) təşkil edib.
2024-cü il yanvarın 1-nə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin aktivləri 1,011 milyon manat olub ki, bu da illik müqayisədə 23,3 % azdır. Hesabat dövründə agentliyin öhdəlikləri 2,2 dəfə artaraq 313 min manata, balans kapitalı isə 13 % artaraq 697 min manata çatıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ölkə Prezidentinin bu sahədə idarəetmənin təkmilləşdirilməsi 19 aprel 2021-ci il fərmanına əsasən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılıb, publik hüquqi şəxsdir. Agentlik QHT-lərin inkişafı, onlarla dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir.
Oxşar xəbərlər
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DOST Agentliyi zərərdən mənfəətə keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KOBİA ötən ili mənfəətlə başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












