Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb
2023-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri və xərcləri 4 milyard 132,804 milyon manat təşkil edib.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 1,3 % çoxdur.
AAYDA-nın ötənilki gəlirlərinin hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, qurumun material xərcləri 395,296 milyon manat (əvvəlki ilə nisbətən 2,6 dəfə az), inzibati xərcləri 137,303 milyon manat (14,2 % çox), sair əməliyyat xərcləri isə 3 milyard 600,205 milyon manat (22,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə AAYDA-nın aktivləri 31 milyard 539,903 milyon manat olub ki, bu da illik müqayisədə 15,1 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 59 % artaraq 566,228 milyon manata, balans kapitalı isə 14,5 % artaraq 30 milyard 973,675 milyon manata çatıb.
Xatırladaq ki, AAYDA prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 716,534 milyon manatdır.
Oxşar xəbərlər
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək pensiyaları ilə bağlı yeni xəbər! [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev 2024-cü il dövlət büdcəsini təsdiqlədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-nin gəlirləri və xərcləri ilə bağlı proqnozlar artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İpək Yolu Sığorta”nın xalis mənfəəti 27% azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












