Qarabağ universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər
Gələcəkdə Qarabağ universitetində təhsil alacaq tələbələr də “Smart tələbə kartı”na sahib ola bilərlər.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.
Onun fikrincə, bu, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün müasir həll yollarından biri ola bilər.
T.Rüstəmovun sözlərinə görə, təqaüdlərini “Smart tələbə kartı” ilə alacaq tələbələr əlavə üstünlüklər qazanacaqlar: "Məsələn, onlar Bakı və Xankəndi şəhərləri arasında ictimai nəqliyyatda rəqəmsal ödənişlərdə endirim əldə edəcəklər. Həftə sonları isə tələbələr Şuşa şəhərində olan Mehmandarovun ev muzeyinə və digər muzeylərə, mədəniyyət ocaqlarına bu tələbə kartı ilə endirimli daxil ola biləcəklər. Bundan başqa, onlar ölkəmizdə ilk dəfə olaraq Xankəndi şəhərində açılacaq və ancaq nağdsız ödənişləri qəbul edən təsərüfat subyektlərində həmin kartla ödəniş edəcəklər. Şəhərdə ictimai iaşə obyektlərində (kinoteatr, kafe, restoran və s.) isə həmim kartla biometrik ödəniş edib xidmətlərdən istifadə etmək mümkün olacaq. Qarabağ universitetinin tələbələri Xankəndi şəhərində Pənahxan adlı kitab mağazasında biometrik ödəniş edərək həftəsonu mütailə etməyə kitab alacaqlar".
"Digər təhsil ocaqlarının son 50 ildə rəqəmsal ödənişlər sahəsində getdiyi yol çox qısadır. Əzmkarlıqla bir nöqtədən mütləq başlamaq lazımdır, əks halda yeni innovatorlar olan cəmiyyətin yetişdirilməsi sadəcə bir yuxu olacaq” - deyə o qeyd edib.
Oxşar xəbərlər
Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun
Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı yeni detallar açıqlanıb
Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər
Naxçıvanda yeni binalarda smart-kart tipli elektrik sayğacları quraşdırılıb
Praqada atışmanın olduğu universitet binası yanvarın sonunadək bağlı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













