ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib
Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group”up hesabatında qeyd edilib.
Bundan əvvəl ING 2024-cü il üçün 5,2 %, 2026-cı il üçün isə 4,9 % inflyasiya proqnozlaşdırırdı. Lakin yeni hesabata əsasən, fiskal siyasətin yumşaldılması 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9 %-ə, 2025-ci ilin əvvəlində isə 5,4 %-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub.
Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar əsas faiz dərəcəsini 7,25 % səviyyəsində saxlayıb. AMB istehlak qiymətləri indeksinin 2025-ci ilin sonuna qədər illik 5,5 %-ə çatacağını, 2026-cı ildə isə inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. Bu da bankın orta müddətdə inflyasiyanı 4±2 % hədəf diapazonunda saxlamaq niyyətini əks etdirir.
ING-nin ekspertləri AMB-nin bu ssenarisini real hesab edir:
“2025-ci ilin ikinci rübündə istehlak qiymətləri müvəqqəti olaraq 6 %-i keçərsə, bunun kiçik və qısamüddətli bir artım olacağını istisna etmirik”.
Oxşar xəbərlər
BMT: Azərbaycanda inflyasiya 2025-ci ildə 3,6 %, 2026-cı ildə 3,1 %-ə qədər azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
IMF Azərbaycanda inflyasiyanın 2024-2025-ci illərdə yavaşlayacağını proqnozlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












