

"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
"Yelo Bank" ASC-nin dəstəyi, “Mastercard Worldwide” beynəlxalq ödəniş sisteminin təşkilatçılığı ilə ölkəmizdə 2-ci dəfə "Customer Tech Conference" tədbiri keçirildi.
Tədbir Azərbaycanın aparıcı banklarının 70-dən çox nümayəndəsini bir araya gətirərək, maliyyə sahəsindəki ən son tendensiyaları, texnoloji irəliləyişləri və bank gələcəyini formalaşdıran innovasiyaları müzakirə etdi. "Yelo Bank"ın baş ofisində keçirilən konfrans iştirakçılar üçün sürətlə inkişaf edən maliyyə ekosisteminin problemlərinin həllini araşdırmaq və fikir mübadiləsi aparmaq üçün unikal platforma rolunu oynayır. Budəfəki konfransın gündəmdə olan mövzuları 2025-ci ilin II rübü üçün gözlənilən yeniliklər, kibertəhlükəsizliyin artırılmasında süni intellektin rolu, "Mastercard"ın kriptovalyutalar dünyasındakı irəliləyişləri haqqında idi. Xatırladaq ki, ötən ilin may ayında ölkəmizdə ilk dəfə keçirilən "Customer Tech Conference" tədbirinə də "Yelo Bank" ev sahibliyi etmişdi.
"Yelo Bank" olaraq, biz maliyyə sahəsində innovasiyaların dəstəklənməsinə və beynəlxalq təcrübələrin ölkəmizə gətirilməsinə önəm veririk. Bu kimi tədbirlər yeni texnologiyaları tanımaq, trendləri izləmək və sektorun iştirakçıları arasında faydalı əlaqələr qurmaq üçün əvəzsiz imkandır. Gələcəkdə də belə təşəbbüslərə dəstək olmaqdan məmnunluq duyacağıq", - deyə Bankın açıqlamasında qeyd olunub.
Bank xidmətləri, eləcə də
"Yelo Bank" – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Yelo Bank növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi edib
BOEMDA: Bu il dənizdə külək enerjisi layihələrinə xüsusi diqqət ayrılacaq
"Yelo Bank"dan gözlənilən yenilik: onlayn əmanət!
Yelo Bank ilk yerli PR Forumuna dəstək olub - FOTO
Yelo Bank-ın dəstəyi ilə "Green Finance Conference" keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı
-
Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı
-
Azərbaycan-Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və "Rus Evi"nin bağlanması
-
Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
-
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
-
İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib
