ING Azərbaycanda 2025-2026-ci illər üçün uçot dərəcəsi ilə bağlı gözləntilərini açıqlayıb
Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ildə uçot dərəcəsini 7,25 %, 2026-ci ildə isə 7,75 % səviyyəsində proqnozlaşdırıb.
“Sizinxeber.az” şirkətin açıqladığı proqnozlarına istinadən xəbər verir ki, bu, daha əvvəl açıqlanan proqnoza nisbətən müvafiq olaraq 0,25 faiz bəndi çoxdur.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti ötən il dekabrın 18-də uçot dərəcəsinin 7,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 %-də, yuxarı həddi isə 8,25 %-də saxlanılıb.
AMB-nin bununla bağlı növbəti qərarı yanvar ayında verəcəyi gözlənilir. “ING Group” bu iclasda uçot dərəcəsinin 7,25 % olacağı ilə bağlı qərar veriləcəyini proqnozlaşdırır.
Oxşar xəbərlər
ING Azərbaycanda 2024-2025-ci illər üçün uçot dərəcəsi ilə bağlı proqnozunu dəyişib
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 19 %-ə qaldırıb
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













