Hesablama Palatasının sədri: "İşğaldan azad edilmiş ərazilərdə pre-auditlər həyata keçiririk"
sizinxeber.az xəbər saytı

Hesablama Palatasının sədri: "İşğaldan azad edilmiş ərazilərdə pre-auditlər həyata keçiririk"


Hesablama Palatası işğaldan azad edilmiş ərazilərdə pre-auditlər həyata keçirir.

Bunu "Report"a müsahibəsində Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

"Ölkə Prezidentinin müvafiq tapşırıqlarına əsasən işğaldan azad edilmiş ərazilərdə olduqca böyük işlər görülür. Bu sahələrdə Palata olaraq bəzi pre-auditləri həyata keçiririk. Məqsəd maliyyə nəzarətinin keçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq audit prinsiplərində qeyd olunan məqamlar nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən öncə onların qarşısının alınmasıdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, əvvəlki il olduğu kimi, ötən ilin İş Planında da işğaldan azad edilmş ərazilərdə bərpa və yenidənqurma ilə bağlı məsələlərin auditi yer alıb: "Başa çatdırdığımız auditlər zamanı bəzi təkliflərlə də çıxış etmişik. Hesab edirik ki, bu təkliflərin bəziləri dövlət vəsaitinə qənaəti də formalaşdıra bilər. Məsələn, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşdirilməsi üçün ayrılan xərclərin optimallaşdırılması, layihə sənədlərindəki iş həcmlərinin faktiki tələbatla uyğunlaşdırılması, tələbatdan artıq güclərin yaradılmaması və s. bunlara aid ola bilər".

V.Gülməmmədovla müsahibəni buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

Kür-Araz ovalığında kollektor-drenaj sistemlərinin auditinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: İşğaldan azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunmuş ərazilərdə nə qədər seçici səs verəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İşğaldan azad edilmiş ərazilərdə 1500-ə yaxın uşaq məktəbə gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər