Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 milyard 179,6 milyon ABŞ dolları azalıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəliklərində 53,6 milyon ABŞ dolları artım olub.
9 aylıq azalma Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 4 milyard 522,6 milyon ABŞ dolları artması (illik müqayisədə 3,4 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 4 milyard 758,2 milyon ABŞ dolları azalması (6,9 % az), neft bonusunun 457,8 milyon ABŞ dolları artması (2,8 % az), portfel investisiyalarının 960,6 milyon ABŞ dolları azalması (38,8 % çox), digər investisiyaların isə 1 milyard 441,2 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına baş tutub.
Oxşar xəbərlər
Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,3 milyard dollardan çox artırıb
Azərbaycan I yarımildə xalis maliyyə aktivlərini 129 milyon dollar artırıb
Azərbaycanın xalis maliyyə aktivləri 1.4 mlrd. dollara yaxın artıb
Azərbaycanın xalis maliyyə aktivləri 128 mln. dollar artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













