Azərbaycanın xalis maliyyə aktivləri 1.4 mlrd. dollara yaxın artıb
2024-cü ilin 9 ayı üzrə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390.9 milyon ABŞ dolları artıb.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon ABŞ dolları), portfel investisiyaları (724.5 milyon ABŞ dolları) və digər investisiyalar (82.4 milyon ABŞ dolları) hesabına formalaşıb.
Qeyd edilib ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179.6 milyon ABŞ dolları azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235.6 milyon ABŞ dolları), neft bonusu (457.8 milyon ABŞ dolları), portfel investisiyaları (-960.6 milyon ABŞ dolları) və digər investisiyalar (-1 441.2 milyon ABŞ dolları) hesabına formalaşıb
Oxşar xəbərlər
Azərbaycanın xalis maliyyə aktivləri 128 mln. dollar artıb
Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,3 milyard dollardan çox artırıb
Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Azərbaycan I yarımildə xalis maliyyə aktivlərini 129 milyon dollar artırıb
“Cənub Qaz Dəhlizi”nin xalis mənfəəti 24 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













