Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,3 milyard dollardan çox artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,3 milyard dollardan çox artırıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon ABŞ dolları artıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə xalis maliyyə aktivlərində 345,1 milyon ABŞ dolları azalma olub.

9 aylıq artım xaricə yönəldilmiş birbaşa investisiyaların 584 milyon ABŞ dolları artması (illik müqayisədə 3 dəfə az), portfel investisiyalarının 724,5 milyon ABŞ dolları artması (9,6 dəfə çox), digər investisiyaların isə 82,4 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalma olub) hesabına baş tutub.

Oxşar xəbərlər

Azərbaycan I yarımildə xalis maliyyə aktivlərini 129 milyon dollar artırıb
Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Azərbaycanın xalis maliyyə aktivləri 128 mln. dollar artıb
Azərbaycanın xalis maliyyə aktivləri 1.4 mlrd. dollara yaxın artıb
Azərbaycanın tədiyyə balansında 9 ayda 182 milyon dollar profisit yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər