Bezos "Amazon"un 2 milyard dollarlıq səhmlərini satıb
"Amazon"un qurucusu Ceff Bezos şirkətin təxminən 2 milyard dollar dəyərində səhmlərini satıb.
APA xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Bezos fevralın 7-də 12 milyona yaxın səhm satıb. Hazırda sərvəti 196 milyard dollar olaraq qiymətləndirilən dünyanın ən varlı adamlarından biri iki ildən artıq müddətdə ilk dəfədir ki, aktivlərini satır.
Bezosun təxminən iki il əvvəl "Amazon" rəhbəri postunu tərk etməsinə baxmayaraq, o, direktorlar şurasında qalıb. O, həmçinin "Amazon"un 9,4%-nə sahib olmaqla şirkətin ən böyük səhmdarıdır.
Bezos "Forbes" jurnalının tərtib etdiyi milyarderlər siyahısında üçüncü yeri tutur. O yalnız "SpaceX" və "Tesla"nın qurucusu İlon Mask (201,6 milyard dollar) və LVMH (Louis Vuitton Moet Hennessy) qrupunun prezidenti Bernard Arnaultdan (219,2 milyard dollar) geri qalır.
Oxşar xəbərlər
Türkiyənin ixracı ilin sonunadək 255 mlrd. dolları ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İZİA sədri: Sənaye zonalarına 864 mln. manat investisiya planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rişi Sunak: Putinin qalib gəlməsinə imkan verməyəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












