Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək
sizinxeber.az xəbər saytı

Rusiya sülhməramlıları ilə bağlı Bakı-Moskva danışıqları keçiriləcək


Rusiya sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib.

Səfir bu mövzunun çox önəmli olduğunu söyləyib:

"Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur".

Yevdakimov danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılırdığını söyləyib.

Rusiyalı diplomat Azərbaycanın Qarabağ regionunda sülhməramlı kontingentin qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.

Oxşar xəbərlər

Rusiya səfiri: "Qarabağ məsələsi bağlanıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Ermənistan Naxçıvana dəhlizlə bağlı danışıqları gecikdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Moskva və Bakı Qarabağda sülhməramlılarla bağlı danışıqların tarixlərini razılaşdırırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Ermənistanın Aİİ-yə sədrliyini Moskva üçün təhlükə hesab etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər