sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ƏSF "Dəmir Bank"ın kreditorlarına müraciət edib
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan "Dəmir Bank" ASC-nin kreditorlarına müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 5 fevral 2024-cü il tarixdən etibarən başlayacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ƏSF-nin Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.
Əlavə məlumat almaq üçün qaynar xətt: (+994) 941
Oxşar xəbərlər
"Muğan Bank"ın əmanətçilərinə şad xəbər!
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
“Muğan Bank”a məxsus əməkhaqqı kartlarındakı pulların aqibəti necə olacaq?
DİM imtahanlara xanım əməkdaşların cəlb olunması məqsədilə elektron qeydiyyata başlayır
Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













