Turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqi verilib
sizinxeber.az xəbər saytı

Turizm subyektlərinə əmlak vergisi üzrə vergi təşviqi verilib


Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi ilə bağlıdır.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlum olduğu kimi, regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və digər vaxtlarda bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalır. Turizm sektorunda yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur. Bu səbəbdən əmlak vergisi sabit xərc olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaradır.

Regional turizmin inkişaf etdirilməsi və sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) daşınmaz əmlaka görə əmlak vergisinin 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyin əsas məqsədi regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərini optimallaşdırmaqdır.

Oxşar xəbərlər

Almaniyanın keçmiş maliyyə naziri vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamil Ayrım Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat-loqistika infrastrukturu mövcud ÜDM-in 3 faiz artmasına səbəb olur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər