Çinin ən zəngin adamının adı açıqlanıb
sizinxeber.az xəbər saytı

Çinin ən zəngin adamının adı açıqlanıb


Çinin “Pinduoduo” marketpleysinin və onun törəmə şirkəti “Temu”nun yaradıcısı Kolin Huan ölkəsinin ən varlı adamıdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in (BBI) məlumatları sübut edir.

Milyarderin sərvəti avqustun 9-na 48,6 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.

Huan dünyanın ən zəngin 25-ci adamıdır.

Buna qədər üç ildən artıq müddətdə Çinin ən varlı adamı Çjon Şanşan idi. Sahibkar “Nongfu Spring” qablaşdırılmış sularının satışından sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

Oxşar xəbərlər

Rusiyalı milyarderlərin sərvəti 2023-cü ildə 50 milyard ABŞ dolları artıb
2023-cü ildə dünyanın ən zəngin ailələrinin adları açıqlandı
Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb
Ceff Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb
Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər