Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib
sizinxeber.az xəbər saytı

Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib


VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Afrikanın ən varlı adamı, Nigeriyanın ən böyük sənaye şirkətinin sahibi Aliko Danqote son bir ildə 3,6 milyard dollar itirib.

Bu barədə “Report” “La Nouvelle Tribune” portalına istinadən xəbər verir.

Belə ki, onun sərvəti 18,7 milyard dollardan 15,1 milyard dollara düşüb.

Danqotenin maliyyə problemləri əsasən Nigeriya Mərkəzi Bankının iyunun 14-də bir neçə məzənnə əvəzinə milli valyutanın - nairanın vahid üzən məzənnəsini tətbiq etdiyi qərarı ilə bağlıdır. Bu, nairanın 50%-dən çox dəyər itirməsinə səbəb olub.

Nəticədə oliqarxın əsasən Nigeriyada yerləşən aktivləri ucuzlaşıb.

Buna baxmayaraq, əvvəllər qitənin aparıcı sement istehsalçısı kimi tanınan Danqote, Nigeriyada, gündə 650 min barel neft emal etmək üçün nəzərdə tutulmuş və 20 milyard dollara başa gələn ən güclü neft emalı zavodunu müvəffəqiyyətlə inşa edib.

Onun istifadəyə verilməsinin ölkənin enerji sektorunda inqilab olacağı güman edilir. Zavodun planlaşdırılan dövriyyəsi ildə 27 milyard dollar təşkil edəcək.

Sizinxeber.az

Oxşar xəbərlər

2023-cü ildə dünyanın ən zəngin ailələrinin adları açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin 2024-cü il üçün büdcəsi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın pul qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət başçısı: "Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulması ölkəmizdə münbit sərmayə iqliminin nəticəsidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın bank sektorunun aktivləri 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər