Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən gəlirlər 10 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən gəlirlər 10 dəfədən çox artıb


Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı gəlirlər bu il kəskin artıb.

Bu barədə "Sizinxeber.az-Economics" ə Naxçıvan MR İqtisadiyyat Nazirliyindən bildirilib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 143 dövlət əmlakı özəlləşdirilib. Bu özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.

Bildirilib ki, daxilolmaların kəskin artımı müraciətlərin sayının artımı, keçirilən hərracların sayının artması ilə bağlıdır.

Oxşar xəbərlər

Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24% artıb
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb
Bu il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 mlrd. manata yaxınlaşıb
Dövlətə məxsus şirkətin 30%-lik səhm paketi özəlləşdirilib
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər