Dövlətə məxsus şirkətin 30%-lik səhm paketi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iyulun 23-də keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.
Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.
Hərracda "Port İliç Xidmət" ASC-nin 30%-ik səhm paketi 25 698 manata özəlləşdirilib. Bununla yanaşı, hərracda hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator 2 200 000 manata, "B-98" layihəli "Vixr" tipli gəmi isə 900.000 manata satılıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Cari ay üçün növbəti hərraclar 29 və 30 iyul tarixlərində keçiriləcək. İştirak etmək istəyən şəxslər Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
Oxşar xəbərlər
Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24% artıb
Azərbaycanda 13 nəqliyyat vasitəsi özəlləşdirilib
Valyuta hərracında bankların dollar tələbi 100 mln. dolları üstələyib
Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır
Dövlət Komitəsi digər yaşayış məntəqələrinə köçürülmələrini istəyən köçkünlərlə bağlı məsələyə münasibət bildirib - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













