Tahir Mirkişili: "Azərbaycanın kredit reytinqinin yüksəldilməsi gözlənilən idi"
"Fitch" beynəlxalq reytinq agentliyinin Azərbaycanın kredit reytinqini "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə yüksəltməsi gözlənilən idi.
Bunu "Sizinxeber.az"a açıqlamasında VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
"Ölkəmizin kredit reytinqinin yüksəldilməsini xüsusilə regiondakı mövcud geosiyasi qeyri-müəyyənliklər və mümkün risklər şəraitində müsbət qiymətləndiririk. Mən əminəm ki, Agentliyin bu cür qiymətləndirilməsi, Azərbaycan iqtisadiyyatındakı gedən müsbət dəyişikliklərə uyğundur. Reytinqin yüksəldilməsinin əsasını son dərəcə ehtiyatlı və çevik makroiqtisadi siyasət təşkil edir. Bu cür makroiqtisadiyyat da öz növbəsində qeyri-sabit dünyada manevr üçün yeni imkanların yaradılmasına və mövcud imkanların qorunub saxlanmasına kömək edir", - deyə o qeyd edib.
"Reytinqə bütün aspektlər üzrə (iqtisadi artım, borc, xarici maliyyə, bank sektoru, inflyasiya, pul siyasəti) nəzər salsaq görərik ki, onun saxlanmasına şərait yaradan əsas amillər aşağı və nisbətən sabit inflyasiya, qeyri-neft sektorunun inkişafı, ehtiyatlar, aşağı dövlət borcudur. İllik infıyasiyanın hədəflənən göstəricidən aşağı olduğu, iqtisadi artımın isə sürətləndiyi şəraitdə inkişafa əminlik daha da güclənməkdədir. Agentliyin proqnozlarına görə Azərbaycanda iqtisadi artımın 3,2 %-ə qədər bərpa olunacağı, 2025-ci ildə artımın 2,7 %, 2026-cı ildə isə 2,3 % olacağı gözlənilir. İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozda isə 2024-cü ildə iqtisadi artımın 3,8 %-ə qədər sürətlənəcəyi qeyd olunur", - deyə T.Mirkişili əlavə edib.
Oxşar xəbərlər
Maliyyə Nazirliyi: "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edirik
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini “BBB-” səviyyəsinə yüksəldib
Maliyyə Nazirliyi Fiç Reytingz tərəfindən Azərbaycana investisiya dərəcəli kredit reytinqi verilməsini təqdir edir
Tahir Mirkişili: Xocalı şəhərinin strateji mövqeyi onun iqtisadi potensialını daha da artırır
Azərbaycanda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













