Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb
sizinxeber.az xəbər saytı

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb


2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri 86,164 milyon manat, xərcləri isə 87,534 milyon manat təşkil edib.

“Report” Dövlət Xidmətinin hesabatına istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 16,1 %34,6 % çoxdur.

Ötən il Dövlət Xidmətinin qeyri-birja əməliyyatından gəlirləri 73,84 milyon manat (əvvəlki ilə nisbətən 12,6 % çox), birja əməliyyatından gəlirləri 12,162 milyon manat (5,7 % çox), sair əməliyyat gəlirləri isə 162 min manat (20,9 % çox) olub.

Hesabat dövründə qurumun əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 22,799 milyon manat (illik müqayisədə 2,5 % çox), sərf etdiyi materialların dəyəri 2,407 milyon manat (62,7 % az), amortizasiya xərcləri 2,054 milyon manat (26,7 % az) , digər əməliyyat xərcləri isə 60,274 milyon manat (1,6 dəfə çox) təşkil edib.

Oxşar xəbərlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri və xərcləri 4 %-ə yaxın azalıb
Əmlak Məsələləri Dövlət Xidməti ötən ili 1,4 mln. manat zərərlə başa vurub
"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb
İlham Əliyev 2024-cü il dövlət büdcəsini təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər