Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri və xərcləri 4 %-ə yaxın azalıb
sizinxeber.az xəbər saytı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlirləri və xərcləri 4 %-ə yaxın azalıb


2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) gəlirləri 107,518 milyon manat, xərcləri isə 107,335 milyon manat olub..

“Sizinxeber.az” nazirliyə istinadən xəbər verir ki, bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 3,5 % və 3,7 % azdır.

Ötən il RİNN-nin gəlirlərinin 86,6 %-i və yaxud 93,095 milyon manatı (əvvəlki ilə nisbətən 7,3 % az) qeyri-birja, 13,4 %-i və yaxud 14,423 milyon manatı (31,8 % çox) isə birja əməliyyatları hesabına formalaşıb.

Hesabat dövründə qurumun əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları illik müqayisədə 7,5 % artaraq 5,485 milyon manat, maliyyə yardımları və sair transfertləri 4,3 % azalaraq 100,905 milyon manat, sərf etdiyi materialların dəyəri 30 % artaraq 78 min manat, amortizasiya xərcləri 3 % azalaraq 96 min manat, sair əməliyyat xərcləri isə 0,1 % artaraq 771 min manat olub.

Oxşar xəbərlər

"Azərkontrakt"ın xalis mənfəəti 4 dəfəyə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İpək Yolu Sığorta”nın xalis mənfəəti 27% azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın dövlət büdcəsinin əsaslı xərcləri 23 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandakı kredit ittifaqlarının zərəri 80 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər