“Fitch” Azərbaycanda pərakəndə kreditləşmənin artması fonunda risklər barədə xəbərdarlıq edir
Azərbaycan bank sektorunun orta göstəriciləri 2017-ci ildən bəri yaxşılaşıb.
Bu barədə “Sizinxeber.az” beynəlxalq reytinq agentliyi “Fitch Ratings”ə istinadən xəbər verir.
Məlumata görə, bu isə kreditlərin dollarlaşmasının və ötən illərin problemli aktivləri ilə bağlı risklərin azalması nəticəsində mümkün olub.
"Bununla belə, 2021-ci ildən pərakəndə kreditləşmənin sürətli artımı, Azərbaycan Mərkəzi Bankının bu seqmentdə kredit risklərini məhdudlaşdırmaq üçün proaktiv tədbirlərinə baxmayaraq, "həddindən artıq qızma" riskləri yarada bilər", - hesabatda qeyd olunub.
Rəsmi statistikaya görə, bu il iyulun 1-nə ölkədə fəaliyyət göstərən 22 bankın kredit portfelinin ümumi həcmi 28,472 milyard manat təşkil edib ki, bu isə il ərzində 11,96 % artım deməkdir. Bunlardan 14,58 %-i (və ya 4,152 milyard manat) valyuta kreditlərinin payına düşür.
Oxşar xəbərlər
"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq
“Fitch” 2019-cu ildən bəri ilk dəfə Misirin reytinqini “B” səviyyəsinə yüksəldib
"Fitch": Azərbaycan bank sektorunda 2025-2026-cı illərdə izlənilməli olan iki əsas göstərici var
“Fitch Ratings” Azərbaycanın 2031-ci ilədək dövlət borcu ilə bağlı proqnozlarını açıqlayıb
AMB: Maliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
